XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 14:50

Nazir müavini Libermanla görüşdü –Azərbaycanla İsrail arasında əməkdaşlıq layihələri müzakirə olunub

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermanla görüşüb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud və perspektiv əməkdaşlıq layihələri müzakirə edilib.

Görüşdə sentyabrda Bakıda keçiriləcək “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində İsrailin milli pavilyonla iştirak etməsindən məmnunluq ifadə olunub.