XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 17:03

Qaxda dağ massivində ölən şəxsin meyiti helikopterlə götürüldü –FHN-dən açıqlama

Qax rayonunun İlisu kəndi yaxınlığında mürəkkəb relyefli yüksək dağ massivində aşkar edilmiş Əsgərov Radiq Eldar oğlunun meyitinin götürülməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri başa çatıb.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Radiq Əsgərovun meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və Aviasiya dəstəsinin “Mi-17” helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.