XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 14:54

İranın Azərbaycandakı səfiri:“Bəzi qüvvələr iki dövlətin münasibətlərini pozmağa çalışırlar”

 

İran ilə Azərbaycanın dostluğu və qardaşlığı səmimidir və qarşılıqlı etimada dayanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Diplomat bildirib ki, hər iki xalq minillik qonşuluq və dostluq əlaqələrinə malikdir. Bu əlaqələrin inkişafı xalqların maraqlarını əks etdirir: Bəzi qüvvələr iki dövlətin münasibətlərini pozmağa və bundan öz maraqları üçün istifadə etməyə çalışırlar. Lakin həmin qüvvələr unudurlar ki, İran ilə Azərbaycanın münasibətləri qarşılıqlı əməkdaşlığa yönəlib, səmimiyyətə, dostluğa və qardaşlığa əsaslanır.