XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 20:00

İsrailin müdafiə naziri Mikayıl Cabbarovla görüşüb –Liberman hələ Bakıdadır

 

İsrailin müdafiə naziri Aviqdor Liberman Bakıya səfəri çərçivəsində sentyabrın 17-də vergilər naziri, Azərbaycan-İsrail hökumətlərarası birgə komissiyanın həmsədri Mikayıl Cabbarovla görüşüb.

Rəsmi məlumata görə, tərəflər Azərbaycanla İsrail arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafından, hökumətlərarası komissiyanın fəaliyyətindən razılıqlarını ifadə ediblər.

İki ölkə arasında münasibətlərin genişləndirilməsinin vacibliyi qeyd olunub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, sentyabrın 13-də Liberman Azərbaycana rəsmi səfərə gəlib. O, ölkə prezidenti, baş nazir, müdafiə naziri, Sərhəd Xidmətinin rəhbər iilə görüşüb.