XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 10:46

Nazirlik Şəmkir su anbarında torla balıq tutan şəxsi cərimələdi –429 manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəmkir su anbarının sağ sahilində istifadəsi qanunvericiliklə qadağan edilmiş sintetik saplı torla balıq ovlayan şəxs saxlanılıb.

Strateq.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon Xuluf kənd sakini Tural Rzazadə olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb:

“Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 429 manat məbləğində iddia qaldırılıb. Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib”.