XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 12:39

 İran səfiri:"Sanksiyaların götürlməsi Azərbaycanla qarşılıqlı əlaqələri gücləndirmək üçün münasib şərait yaradıb"

Iran-Bayramİran İslam İnqilabının 37-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib.

Dövlət rəsmilərinin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, millət vəkillərinin iştirak etdiyi tədbirdə Azərbaycanın və İranın dövlət himnləri səsləndirildikdən sonra səfir Möhsün Pakayın İslam İnqilabının qələbəsindən sonra İİR-nın əldə etdiyi uğurlardan, keçdiyi inkişaf yolundan bəhs edib.

Səfir ölkələrimiz arasındakı əlaqələrə toxunaraq bildirdi ki, hazırkı əlaqələrin daha da genişləndirilməsi hər iki ölkənin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Onun fikrincə, İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılması Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkan yaradıb: “Aradan götürülmüş sanksiyalar Azərbaycanla qarşılıqlı əlaqələri gücləndirmək  üçün münasib şərait  yaradıb. İran xalqının sülh məqsədi ilə nüvə haqqının tanınması kimi strateji istəyi öz təsdiqini tapdı və dünya tərəfindən tanındı. Nüvə proqramı ilə əlaqədar beynəlxalq aləmin tətbiq etdiyi sanksiyalar ləğv edildi.  İranın dünya iqtisadiyyatında fəal iştirakı üçün zəmin yarandı.

Azərbaycan hökuməti adından çıxış edın energetika naziri Natiq Əliyev çıxışında vurğulayıb ki, ölkələrimiz arasındakı əlaqələr  qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərindən qaynaqlanır. Nazirin fikrincə, energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət kəsb edir.

Strateq.az