XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 23:15

“Barselona” “PSV”-ni məğlub etdi, “İnter” isə “Tottenhem”ə 7 dəqiqəyə 2 qol vurdu –Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında qrup mərhələsində “Barselona” 10 nəfərlə Hollandiyanın PSV komandasını darmadağın edib.

Strateq.az xəbər verir ki, “Barselona” PSV-yə 4-0 hesabı ilə qalib gəlib.

Qollardan 3-nü 32, 77 və 87-ci dəqiqələrdə Lionel Messi, digərini 75-ci dəqiqədə Usman Dembele vurub. Kataloniya komandası 79-cu dəqiqədə Samüel Yumtitinin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

Qrupun digər oyununda “İnter” İtaliyada İngiltərə “Tottenhem”i üzərində əzmkar qələbə qazanıb. Hesabı 53-cü dəqiqədə qonaq komandadan Kristian Eriksen açsa da, 86-cı dəqiqədə Mauro İkardi, 90+2-ci dəqiqədə isə Matias Vesino fərqlənib – 2:1.