XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 14:02

Azərbaycan və Rusiya Xəzərdə birgə hərbi təlimlər keçirib –DSX açıqlama yaydı

Azərbaycan və Rusiya Xəzərdə birgə təlimlər keçirib. Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, Azərbaycan ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2018-2019-cu illər üzrə Tədbirlər Planına uyğun fəaliyyətlər uğurla davam etdirilir.

DSX qeyd edir ki, bu il sentyabrın 16-dan 19-dək Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi A.Buyerovun rəhbərliyi ilə “Brilliant” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.

“Səfər zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub” – məlumatda deyilir.

DSX bildirir ki, sentyabrın 18-də Rusiyanın “Brilliant” sərhəd gözətçi gəmisi ilə Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakıyla birgə sərhəd təlimləri keçirilib.

Təlimlər “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr, ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olunmuş digər yüklərin qaçaqmalçılığı ilə mübarizənin aparılması”nı əhatə edir.