XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2018 - 18:07

Qızılağac Dövlət Təbiət Qoruğunda qanunsuz ov edən Masallı sakini saxlanıldı –1000 manat cərimə edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruğun ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Strateq.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı təqsirkar şəxsin Masallı rayon Ərəb kənd sakini Vasif Dövlətov olduğu məlum olub.

Faktla bağlı V.Dövlətov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi və patron götürülüb.