XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2018 - 18:57

Sabah Bakıda bu ərazilərdə su olmayacaq –Açıqlama

Sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Strateq.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən verilən məlumata görə, məhdudiyyətlər Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.