XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2018 - 22:25

Bakıda dəhşətli qəzada 4 nəfər öldü –Cinayət işi açılıb, araşdırma aparılır

Bakıda ağır yol qəzası baş verib. Hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb.

“Hyundai Elantra” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə, 4 nəfər hadisə yerində ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

“Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub”. Bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: “Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. (Report)