XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2018 - 09:51

Prezident İlham Əliyev nazir Ramil Usubova orden təqdim edib –FOTO

Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Sentyabrın 19-da Prezident İlham Əliyev yüksək dövlət mükafatını – 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.