XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 20:35

İsmət Abbasovdan yeni xəbər – Baş nazirin müavini “Fəxri doktor” oldu (FOTO)

28879Baş nazirin müavini İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Baş nazirinin müavini İsmət Abasov fevralın 11-də ölkəmizdə səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim olunub.

Görüşdə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərdən danışıb.

O, əhalinin sosial rifah halının yaxşılaşdırılaması istiqamətində həyata keçirilən islahatlar haqqında qonağa məlumat verib.