XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 11:27

BMW 140 minə yaxın avtomobili geri çağırır- Səbəb

Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın avtomobili hava kondisionerlərindəki qüsurlarla əlaqədar geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Qərara əsasən, 2005-2011-ci ildə Çində istehsal edilmiş 89 mindən çox və xaricdən idxal olunmuş təxminən 50 min avtomobil geri çağırılacaq.

Noyabrın 9-dan etibarən avtomobillər yoxlanılaraq, qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.