XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 10:34

Tofiq Yaqublu yaxın dəqiqələrdə evə buraxılacaq

Tofiq Yaqublu yaxın dəqiqələrdə evə buraxılacaq

Siyasi məhbus Tofiq Yaqublunun azadlığa buraxılması ləngiyir, ancaq bu gün baş tutacaq.

Qızının vəfatı ilə bağlı Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması dünəndən gözlənilsə də, heç bir səbəb olmadan onun azad edilməsi yubadılıb.
Musavat.com-un müxbiri Penitensiar Xidmətlə əlaqə saxlayıb. Penitensiar Xidmətdən bildirilib ki, yaxın dəqiqələrdə T.Yaqublunun azadlığa buraxılması realdır.
Xatırladaq ki, T.Yaqublunun vəkili Nemət Kərimli bu gün günorta radələrində hüquqlarını müdafiə etdiyi şəxsin azad olunacağını demişdi.
Ailə üzvlərindən biri dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilkdə nəzərdə tutulur.