Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
“Report”un məlumatına görə, 21 yaşlı idmançı 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib. Finala gedən yolda onun rəqibi yaponiyalı Soiçi Haşimoto olacaq.
Yarımfinal və medal görüşləri saat 16:00-da başlanacaq.