XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 18:33

Naxçıvandan İlyas İsmayılova göndərilən başsağlığı:“Dərdinizə şərikəm"

Ədalət Partiyası Naxçıvan şəhər təşkilatının sədri İsa Mirzəyev özü və ailəsi, həmçinin təşkilatın üzvləri adından bu partiyanın sədri, sabiq baş prokuror, hüquq elmləri doktoru İlyas İsmayılova oğlu Etimad İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib.

Həmin başsağlığı məktubunu təqdim edirik:

“Çox dəyərli, ağayana, hər anlamda gözəl İNSAN, örnək ailə başçısı İlyas müəllim! Bu qəfil və acımasız dərdinizə ailəmlə birlikdə şərik çıxıram. Allah Sizə, Zəkiyyə xanıma, Sevil xanıma, Mətinə səbr versin, körpə İlyası böyüdüb boya-başa çatdırmaqda yardımçınız olsun. Əvəzsiz Etimadın ruhunu şad etsin. Amin!

Dərin hüznlə, 17 yaşı tamam olmamış tək oğlunu 24 il əvvəl 19 sentyabrda (!) faciəli şəkildə itirmiş dostunuz Mirzəyev İsa Bəhlul oğlu”.

Allah rəhmət eləsin!