XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2018 - 19:52

Adanada 25-ci Beynəlxalq Film Festivalının açılışı olub- FOTO

Türkiyənin Adana şəhərində 25-ci Beynəlxalq Film Festivalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, kino xadimləri, tanınmış rejissorlar və ssenaristlər, xarici qonaqlar və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Sonra festivalla bağlı sərgiyə baxış olub.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunan rəsmi mərasim keçiriləcək, sərgi və filmlər nümayiş etdiriləcək.