XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 22:19

Premyer Liqa:"Səbail" "Sabah"ı məğlub edə bilməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

“Report” xəbər verir ki, açılış oyununda son iki mövsümün debütantları “Səbail” və “Sabah” komandaları üz-üzə gəlib.

“Bayıl Arena”da təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Bu nəticədən sonra xallarını 10-a çatdıran “Sabah” “Neftçi”nin liderliyinə şərik çıxıb. Xallarını 5-ə çatdıran “Səbail” isə 4-cü pilləyə yüksəlib.

Tura sentyabrın 23-də “Keşlə” – “Sumqayıt” və “Qarabağ” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.