Gürcüstanın Telavi rayonunun Vardisubani kəndində 4 azərbaycanlının xəsarət alması ilə nəticələnən silahlı insidentlə bağlı 1 nəfər saxlanılıb.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan 1977-ci il təvəllüdlü D.L. adlı şəxs 1986-cı il təvəllüdlü Qaracala kənd sakini R.S. adlı şəxsə tapançadan atəş açaraq hadisə yerindən qaçıb.
Polis silahı maddi sübut kimi müsadirə edib. Saxlanılan şəxsi 3 ilədək həbs cəzası gözləyir.