XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 22:50

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi başa çatıb- FOTO

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun “Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşelon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin həyəcan siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzuları işlənib.

Təlimin ssenarisinə əsasən praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr təlim ərazisinə çıxarılaraq döyüş atışları icra ediblər/Azərtac.