XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2018 - 16:19

Kəmaləddin Heydərov Horadiz şəhərində vətəndaşları qəbul edəcək –Vaxt açıqlandı

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 28-də saat 11.00-da Horadiz şəhərində, Muğam Mərkəzinin binasında vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Muğam Mərkəzinin binasında sentyabrın 27-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].