XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 10:27

Milli Məclisin iki iclasının gündəliyi açıqlandı –Daha 62 qanun dəyişəcək

 

Milli Məclisin oktyabrın 1-də və 5-də keçiriləcək payız sessiyasının ilk plenar iclaslarının gündəliyi açıqlanıb.

İki iclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında”, və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, iclaslarda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq/Report.