XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 16:29

Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşdü –FOTO

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.