XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 18:35

Daha bir komitədə Apellyasiya Şurası yaradıldı – Səyyad Aran rəhbər təyin edildi

14552868871271420989_1000x669Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Strateq.az DQİDK-yə istinadən xəbər verir ki, Şuraya Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub.

Altı nəfərdən ibarət Apellyasiya Şurasına Dövlət Komitəsinin Mərkəzi Aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə Komitənin məsul əməkdaşları daxildir.

Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Əhməd Cavad 12 ünvanında – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.