XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 12:25

“Le Fiqaro” qəzetinin müxbiri Qarabağa qanunsuz səfər edib

“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”

“Le Fiqaro” qəzetinin (Fransa) müxbiri Adrian Jolm (Adrien Yaulmes) bu günlərdə Dağalıq Qarabağa qeyri-qanuni səfər edib.

Strateq.az xarici KİV-ə istinadən bildirir ki, Adrian Jolm Xankəndində olarkən yerli erməni ailələrinə baş çəkib və separatçı erməni rəsmiləri və hərbçiləri ilə görüşüb.

Belə ki Toqx kəndinin sakini Ernest Avetisyan müxbirlə söhbətində bizi, yəni Azərbaycan türklərini “yarıköçəri maldarlar” adlandırıb və əlavə edib ki, onları Dağlıq Qarabağa sovet hökuməti köçürdüb: “Vaxt keçdikcə onlar özlərini ev yiyəsi kimi hiss etməyə başladılar. Azərbaycan hokuməti də onların tərəfini saxlayırdı. Kəndimizin əhalisinin yarıdan çoxunu onlar təşkil edirdilər. Mən bu türkləri yaxşı tanıyırdım, amma indi hamısı çıxıb gedib”.

Ermənilərin verdikləri məlumat əsasında Adrian Jolm hesab edir ki, ərazinin adı, yəni “Dağlıq Qarabağ” ifadəsi rus, türk və fars sözlərinin qatışığından yaranıb və “Dağlardakı qara bağ” deməkdir. Bəli, nə az, nə də çox – xristian həmrəylinin doğurduğu kor cəhalət…

Xankəndində və İrəvanda bir çox rəsmilərlə görüşüb Qarabağ probleminin məğzinə varan fransız müxbir məqalənin sonunda etiraf etməli olur: “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” .

Separatçı komandir Artyom Arakelyan müxbirə bildirib ki, “Azərbaycan sürətlə silahlanmağa başlayıb. Bizim maliyyə imkanlarımız yoxdur ki, onun kimi hərəkət edək”.

Jolm yazır ki, Azərbaycan indiki vəziyyətlə barışmır və Qarabağda hər an müharibə başlana bilər.