XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 13:06

Elmar Məmmədyarov İƏT-in Baş katibi ilə görüşdü –Müzakirə

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminlə görüşüb.  

Strateq.az XİN-ə istinadən bildirir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.