XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 16:21

Bakıda NATO ilə birgə təlim –İki mövzu üzrə tədbir keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının və Portuqaliyada yerləşən Birləşmiş Təhlil və Təcrübələrin Öyrənilməsi Mərkəzinin mobil təlim qrupları tərəfindən Bakıda “NATO-nun əməliyyatların qiymətləndirilməsi” və “NATO-da təhlil və təcrübələrin öyrənilməsi” mövzularında təlim kursları təşkil olunub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, kurslar müddətində NATO-nun nümayəndələri tərəfindən dinləyicilərə NATO-da əməliyyatların qiymətləndirilməsi, əməliyyatların qiymətləndirilməsinin və planlanmasının nəzəriyyəsi, Alyansda təcrübələrin toplanması və əməliyyat planı, əməliyyatlar zamanı təcrübələrin toplanması, analiz metodları, təcrübələrin öyrənilməsi prosesində qiymətləndirmə və digər mövzular barədə məlumatlar verilərək sindikatlar keçirilib.