“Nizaminin abidəsini vandalizm aktına məruz qoyanlar qanuna uyğun olaraq cəzalandırılacaqlar”.
Bunu virtualaz.org-a açıqlamasında Dağıstan Respublikasının başçısı Vladimir Vasilyev deyib.
“Hər hansı tarixi abidə ilə bağlı vandalizm cəzasız qalmamalıdır. Respublikanın hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparırlar”, – V.Vasilyev qeyd edib.
Respublikanın başçısı həmçinin bildirib ki, Azərbaycan-Dağıstan sərhədində olan bütün neqativ hallar yaxın vaxtlarda aradan qaldırılacaq: “Biz korrupsiya ilə mübarizə aparırıq, düşünürəm ki, siz respublikamızda mövcud olan neqativ proseslərin aradan qaldırması üzrə bizim işimiz haqda KİV-dən bilirsiniz. Yaxın vaxtlarda hamı bizim işimizin uğurlu olduğuna əmin olacaq”.