XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 20:29

Beyləqanda əkin sahəsində raket hissəsi tapılıb –ANAMA-dan açıqlama + FOTO

Beyləqanın Mil qəsəbəsi ərazisində1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub.

Strateq.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) istinadən bildirir ki, bu gün saat 15:53-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:03-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub:

“Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb”.

Məlumatda qeyd olunub ki, raketin tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.