XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Sentyabr 2018 - 22:55

Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir sıra görüşlər keçirib –SİYAHI

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Elmar Məmmədyarov Monakonun xarici işlər və əməkdaşlıq naziri Gilles Tonelli, Rumıniya Baş nazirinin strateji tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyan, Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev, Hondurasın xarici işlər naziri Mariya Dolores Aquero Lara, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barronla görüşüb.

Görüşlərdə ölkələrimiz arasında əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb/Azərtac.