XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 22:54

İranlı polkovnik:"Biz regionda terrorizmə qarşı mübarizə aparmağa hazırıq"

“İran regionda radikalizm və terrorizmə qarşı mübarizə aparmağa hazırdır. Lakin buna baxmayaraq, bəzi qərbyönümlü qüvvələr ölkəmizin nüfuzuna xələl yetirmək istəyirlər”.

“Report” xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı hərbi attaşesi, polkovnik Əli Seyfi Bakıda “Müqəddəs müdafiə” həftəsinə həsr olunmuş rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, İran son 40 ildə bir çox sahələrdə, həmçinin hərbi sənayedə böyük uğurlar qazanıb: “Bizim bütün nailiyyətlərimiz regionda inkişaf və sülh naminədir. Hesab edirik ki, regional sabitlik ölkələr üçün böyük əhəmiyyət kəsb edir”.