XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 16:04

Türkiyə Səudiyyə qırıcı təyyarələrini qəbul edəcək

qiriciTürkiyə Səudiyyə Ərəbistanının qırıcı təyyarələrini qəbul edəcəк və Suriya sərhəddi yaxınlığındakı İncirlik Hərbi Bazasına yerləşdirəcək.  Bu barədə Türkiyənin Milliyet qəzeti xarici işlər naziri Mövlud Çavuşoğluna istinadən məlumat yayıb. 

AFR agentliyi isə Çavuşoğlunun Suriya ərazisində hərbi əməliyyatları istisna etmədiyini bildirib. Xatırladaq ki, bu il fevralın 5-də Səudiyyə Ərəbistanı ilk dəfə olaraq Suriya ərazisinə hərbi qüvvələr yeridilməsi və hərbi əməliyyatlara başlamaq niyyətini açıqlayıb. Bunun adından onun ənənəvi rəqibləri Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn bu əməliyyatlarda iştirak etmək niyyətində olduqlarını bəyan ediblər. Rusiya Müdafiə Nazirliyi isə bundan dərhal sonra Türkiyənin də Suriya ərazisində hərbi əməliyyatlara başlamaq planları barədə bəyanat verib.

İTAR TASS xəbər verir ki, bu gün isə Münhen Təhlükəsizlik Konfransında Çavuşoğlu Səudiyyə Ərəbistanın İŞİD-lə mübarizədə qərarlığını bəyan edib:

“Səudiyyə Ərəbistanı bəyan edib ki, terrorçularla mübarizə üçün təyyarə və qoşun göndərməyə hazırdır. Koalisiyanın hər iclasında biz İŞİD-ə qarşı nəticə verə biləcək, geniş və hərtərəfli mübarizə strategiyasının işlənilməsinin zəruriliyini qeyd etmişik. Əgər bizim belə bir strategiyamız olasaydı, Səudiyyə Ərəbistanı və Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlaya bilərdi”.

Qeyd edək ki, İncirlik hərbi bazası Suriya sərhəddinə yaxın olan Adana şəhərindən 8 km. uzaqlıqda yerləşir.

Strateq.az