XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 12:35

Babək prospektinə giriş məhdudlaşdırılır- Dövlət Agentliyi

Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, məhdudlaşma sentyabr ayının 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

Yarana biləcək müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.