XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 14:48

Yuxarı Qarabağ kanalında sızma nəticəsində yaranan təhlükənin qarşısı alınıb- FOTO

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində baş verən sızma nəticəsində yaranan təhlükənin qarşısı alınıb. Hadisə ilə əlaqədar əraziyə Bərdə Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin və Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kanalın altında olan köhnə kəhrizin üstü yuyulub açılıb. Nəticədə kanalın suyu sağ sahil boyunca yerləşən kollektora axmağa başlayıb. Görülən operativ tədbirlər nəticəsində suyun yuyub açdığı ərazi bərpa edilib, əhaliyə, kənd təsərrüfatına, yaxınlıqdan keçən kommunikasiya xətlərinə heç bir ziyan dəyməyib.

Hazırda kanalda və kollektorda təmir-bərpa, sahilbərkitmə işləri davam etdirilir, yuyulan hissələr əvvəlki layihə ölçülərinə qaytarılır.