XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 23:31

Yaponiyada “Trami” qasırğası… –22 nəfər yaralanıb

 

Yaponiyanın cənubundakı Okinava prefekturasında tüğyan edən “Trami” qasırğası zamanı azı 22 nəfər xəsarət alıb.

TASS xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, qasırğa ilə əlaqədar sabah Osakadakı beynəlxalq Kansay hava limanının iki eniş-uçuş zolağı bağlı olacaq. Sərnişinlərdən reyslər haqqında məlumatı hava şirkətinin saytından almaq xahiş edilib.

Qasırğa nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub. Ölkənin 400-dən çox daxili təyyarə reysi ləğv edilib.

Daha əvvəl təbii hadisə nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilirdi/Report.