XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2018 - 21:20

Ana öldü, qızının beli sındı –Sumqayıtda baş verən dəhşətli qəzanın təfərrüatı açıqlandı

Bu gün saat 08 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının malicə işləri üzrə müavini Mirnazir Muxtarov Modern.az-a açıqlamasında deyib ki, yaralıların vəziyyəti ağırdır və onlar bu gün evə buraxılmayacaq.

“Xəstəxanaya yerləşdirilən yaralıların yaxınları dərhal xəbəri eşidən kimi xəstəxanaya gəlib. Ümumilikdə 15 nəfər yaralı daxil olmuşdu. Onlardan 8 nəfərini evə buraxdıq. Ağır yaralı olan xəstələrdən  bir nəfər dünyasını dəyişib. Vəziyyəti orta ağır olan 6 yaralının isə  heç biri bu gün evə buraxılmayacaq”

Strateq.az Report.az-a istinadən xəbər verir ki, ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Rzayeva Raisanın həyatını xilas etməm mümkün olmayıb. Onun qızı İllona isə təcili əməliyyat edilməsi üçün bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib. Həkimlər İllona Rzayevanın onurğasının qırıldığını və təcili əməliyyat olunmalı olduğunu bildiriblər.

Bildirilir ki, “Mercedes” markalı mikroavtobusun “Shacman” markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən hüseynovla, avtobusda olan başqa qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.