XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 00:00

Azərbaycan millisindən növbəti qələbə –Kişi və qadın şahmatçılarımız Çexiya komandasına qalib gəldi

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib.

Strateq.az  xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşıb və görüş millimizin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədov heç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.

Qadınlardan ibarət millimiz beşinci qələbəsini qazanıb. Millimiz turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qadın millimizin aktivində hazırda on xal var.