XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 14:57

MDB sammitindən maraqlı kadrlar:Prezident İlham Əliyevlə Nikol Paşinyan bir liftdə - FOTOLAR

“Rossiya 1” telekanalında jurnalist Vladimir Solovyovun “Moskva.Kreml.Putin” proqramının növbəti buraxılışı efirə gedib.

Bu proqramda MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə də geniş yer verilib. Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyəti barədə bir çox maraqlı detallar yer alır. Bunlardan biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Belə ki, sammitin keçirildiyi beşmərtəbəli binada prezidentlər yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub. “Rossiya 1” telekanalının çəkiliş qrupu İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu “sensasion kadrlar” adlandırıb. Kadrlara əsasən İlham Əliyevlə Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedev də həmin liftdə olub. Əliyevlə Paşinyanın liftdən çıxarkən gərgin olduqları, amma söhbətləşməkdə davam etdikləri görünür.