AFFA İntizam Komitəsi iclas keçirib.
Strateq.az AFFA-ya istinadən bildirir ki, iclasda “Keşlə” klubunu 800 manat məbləğində cərimələyib. Səbəb paytaxt təmsilçisinin 4 futbolçusunun Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə səfər matçında sarı vərəqə ilə cəzalandırılmasıdır.