XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 14:28

Yevlaxda icazəsiz ov edən Goranboy sakini saxlanıldı –Nazirlikdən açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun “Qazandağı” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Firəddin Kərimov olduğu məlum olub:

“Faktla bağlı F.Kərimov barəsində protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub”.