XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 Oktyabr 2018 - 16:37

Nazir Pərviz Şahbazov Rusiyaya gedib –Moskvada Beynəlxalq Forum keçirilir

Azərbaycan energetika naziri Pərviz Şahbazov Rusiyanın energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib.

Bu barədə Azərbaycan Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, P.Şahbazovun oktyabrın 3-də “Rusiya Enerji Həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları” mövzusunda çıxışı nəzərdə tutulub: “Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcəklər”.

Məlumata görə, P.Şahbazov həmçinin “Siemens” şirkətinin “Rusiya Enerji Həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq. Qeyd edək ki, Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.