XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 17:54

Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıya gəlib –Müdafiə Nazirliyində görüş + FOTO

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıda təşkil olunan “Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə təcrübə mübadiləsi”ndə iştirak edir.

Bu barədə Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli görüşün protokoluna əsasən, oktyabrın 2-də Müdafiə naziri Zakir Həsənovun şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev briqada generalı Reyhan Naimin rəhbərlik etdiyi Pakistan nümayəndə heyətilə görüşüb:

“Tərəflər hərbi əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib, mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə hər iki ölkə ordusunda aparılan işlər barədə fikir mübadiləsi aparıblar.

Sonra hər iki tərəf mövzu barədə brifinqlər təqdim edib, fikir mübadiləsi aparıb və görüş iştirakçılarının suallarını cavablandırıblar”.

Məlumatda qeyd olunub ki, səfər oktyabrın 4-dək davam edəcək.