XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2016 - 11:42

İcra hakimiyyətinin maşını qəzaya uğradı:yaralılar var

təcili yardım-foto

Gəncədə ağır yol qəzası baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Əziz Həsənovun idarə etdiyi “QAZel” markalı avtomobil sürücüsü müəyyən edilməyən avtomobillə toqquşub. Hadisə zamanı 24 yaşlı sürücü Əziz Həsənov və avtomobildə olan sərnişinlər – 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər üç yaralının vəziyyətinin orta ağır olduğu, müalicələrinin davam etdirildiyi bildirilib.

Xəstaxanadan verilən məlumata görə, qəzaya uğrayan avtomobil Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus olub və fəhlələrin də icra hakimiyyətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.