XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 18:42

Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir –FOTO

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, oktyabrın 2-də Türkiyənin nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

Görüşdə Azərbaycan tərəfindən Xarici dil və Tərəfdaşlıq Mərkəzi, Türkiyə tərəfindən isə Quru Qoşunlarının Dil Məktəbi haqqında brifinqlər təqdim olunub.

Bundan əlavə, görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.

Bildirilib ki, səfər oktyabrın 5-dək davam edəcək.