Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
“Report” xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb – 2,5:1,5.
Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.
Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.
Gürcüstan – Azərbaycan – 1,5:2,5
Salome Meliya – Günay Məmmədzadə – 0:1
İnqa Çarxalaşvili – Zeynəb Məmmədyarova 1:0
Sofio Qvetadze – Xanım Balacayeva – 0:1
Sopiko Xuxaşvili – Gülnar Məmmədova – 0,5:0,5