XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 23:54

Azərbaycan yığmaları Çin və Ukrayna ilə üz-üzə gələcək –Şahmat Olimpiadası

Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın paytaxtı Batumidə keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.

Belə ki, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gələcəklər.

Oktyabrın 3-də keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu gün ilk məğlubiyyətini ABŞ-dan alan kişilərdən ibarət yığma 8 turdan sonra 13 xalla 3-cü, eyni xala malik Çin isə 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xala malik ABŞ başçılıq edir. İkinci pillədəki Polşanın 14 xalı var. Bu komandalar sabah bir-biriləri ilə üz-üzə gələcəklər.

Qadın millisi isə Gürcüstana qalib gəldikdən sonra 13 xalla 5-ci pilləyə yüksəlib. Turnir cədvəlinə hərəyə 14 xala malik Çin və Ukrayna başçılıq edir/Report.