XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 October 2018 - 10:15

“Qarabağ”-“Arsenal” oyunu:55 min bilet satılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Arsenal” (İngiltərə) oyununa artıq 55 min bilet satılıb.

Trend-in məlumatına görə, oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sentyabrın 20-dən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.

Stadionun qapıları oyunun başlama saatından (20:55) 3 saat öncə açılacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 68 700 yer təşkil edir.

“Qarabağ” ilk oyunda səfərdə “Sportinq” (Portuqaliya) klubuna 0:2 hesabı ilə məğlub olmuşdu.