XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 15:03

2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, İsveç Kral Akademiyası 2018-ci il üçün kimya üzrə Nobel mükafatının amerikalı Franses Arnold və onun iki həmkarına – Corc P Smit (ABŞ) və Qreq Uinterə (Böyük Britaniya) verildiyini elan edib.

Akademiyanın nümayəndələri bildiriblər ki, builki laureatlar “təkamül əsasında inqilab” yaradıblar və “Darvin nəzəriyyəsinin prinsiplərini sınaq şüşəsində tətbiq etdiklərinə görə” mükafata layiq görülüblər. Onların icad etdiyi metodlar müxtəlif xəstəliklərə qarşı mübarizə, ekoloji kimya sənayesinin inkişafı üçün yeni materialların yaradılması, davamlı bioyanacaq istehsalı və bir çox digər sahələrdə tətbiq olunur.

Xatirladaq ki, ənənəyə görə, Nobel mükafatları dekabrın 10-da Stokholmda təqdim ediləcək. Laureatlara medal, diplom və məbləği (təqribən 1 milyon dollar) təşkil edən pul mükafatı veriləcək. Həmin məbləğ laureatlar arasında bölünəcək.