XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 15:35

“Azərbaycan Dəmir Yolları”:"Binə qəsəbəsində baş vermiş qəzada dəmir yolunu günahlandırmağa çalışırlar"

Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması ilə bağlı bəzi KİV-lərdə, eləcə də ictimaiyyət arasında ziddiyətli fikirlər ifadə olunur.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) açıqlamasında bildirilir.

“Hətta bir çoxları bu hadisədə dəmir yolunu günahlandırmağa çalışırlar”, – qurum bəyan edib.

ADY bütün bunlara cavab olaraq, hadisənin yeni görüntüsünü ictimaiyyətə təqdim edib.